İtaliyada hədsiz istilər nəticəsində buzlaqlar əriyir

25 Avqust 2023 21:30

İtaliyada isti hava şəraiti ölkədəki buzlaqların əriməsinə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Alp dağlarındakı Rutor buzlağında ərimə xüsusi diqqət çəkib.

Belə ki, ölkənin şimal-qərbində Aosta vadisində yerləşən ən böyük buzlaqlardan biri olan Rutor buzlağı 1865-ci ildən etibarən təxminən 4 kv.km səth sahəsini itirib.

Məlumata görə, buzlağın səth sahəsinin 1,5 kv.km-i son 50 il ərzində əriyib.

Qeyd edək ki, İtaliya rəsmiləri keçən qış buzlaqlardakı ərimənin son 20 il ərzində ən yüksək həddə çatdığını bildirib. Lakin bu yayın sonunda daha yüksək ərimənin müşahidə ediləcəyi gözlənilir.

Milli.Az