Ukrayna ordusu Krıma hücum edib, ölənlər və yaralananlar var

25 Avqust 2023 12:06

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal altındakı Krım yarımadasına hücum edib.

Milli.Az "report"a istinadən bildirir ki, 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsinə zərbələr endirilib.

Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb.

Əməliyyatın təfərrüatları məlum deyil.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

Milli.Az