Gəncədə ata və 5 yaşlı qızını maşın vurub, qız xəstəxanada ölüb

25 Avqust 2023 10:40

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 23-də Gəncə şəhər sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil piyadalar - 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərovu və qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub. Hər iki piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

M. Ələsgərova aldığı xəsarətlərdən avqustun 24-də xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az