Türkiyədə işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 30 nəfər xəsarət alıb - FOTO

25 Avqust 2023 09:07

Türkiyənin Manisa vilayətində işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində biri ağır olmaqla 30 nəfər yaralanıb.

Əkinçiliklə məşğul olan işçiləri daşıyan mikroavtobus İstanbul-İzmir yolunun Soma-Savaştepe hissəsində minik maşını ilə toqquşub.

Zərbənin təsirindən mikroavtobus aşıb.

Yaralılar xəstəxanay yerləşdirilib, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az