İstirahət günü dincəlməyənlər kökəlir

11 May 2012 23:39
Rejimdəki hər saat izafi çəki riskini 33 faiz artırır.

Almaniyanın Münhen Universiteti nəzdindəki Tibbi Psixologiya İnstitutunun professoru Till Renebberqin dediyinə görə, həftəsonları çoxları zəngli saatı unudur və daha gec yatır. Nəticədə yuxunun "narahat vaxtı" artır.

Milli.Az WebMD-ə istinadən bildirir ki, rejimdəki mənfi dəyişikliklər kofein, spirtli içkilər, tütün və depressiya ilə də birbaşa bağlıdır. Belə nəticələr 65 min insanın səhhətinin araşdırıldığı tədqiqat zamanı əldə olunub.

Adi günlərlə istirahət günlərindəki yuxu sürəyi arasında daha çox fərq edən insanların praktiki olaraq hamısında izafi çəki problemi var.
Üstəlik, yuxu zamanı onların orqanizmlərində "yanan" kalorilər azalıb, metabolizm zəifləyib.

Milli.Az