Özündən 48 yaş böyük kişiyə ərə gedən aktrisadan yeni xəbər - FOTO

24 Avqust 2023 23:30

"Hayat devam ediyor" serialında azyaşlı gəlin rolu ilə şöhrət qazanan aktrisa Meltem Miraloğlu özündən 48 yaş böyük Patrik Qredi ilə ailə həyatı qurması uzun müddət gündəm olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, ailə qurduqdan sonra süni mayalanma müalicəsinə başlayan cütlük 4 dəfə uğursuzluqla qarşılaşıb. Miraloğlunun həyat yoldaşı ilə 5-ci dəfə eyni müalicəyə başladığı iddia edilib. 

ABŞ-da məskunlaşan 36 yaşlı Meltem Miraloğlu bu dəfə "İnstaqram" hesabında etdiyi paylaşımla gündəmə gəlib. O, həyat yoldaşının aldığı üzüyü izləyicilərinə nümayiş etdirib. 

Milli.Az