Səhnə ilə vidalaşır - Kəndə köçəcək, namaza başlayacaq

24 Avqust 2023 21:16

Sosial mediada açdığı canlı yayımlarda gündəm olan müğənni Serdar Ortaç vida konsert turnesinə çıxdığını açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi daha sonra təqaüdə çıxıb kəndə köçəcəyini bildirib.

60 yaşında namaza başlayacağını deyən Ortaç qərarının qəti olduğunu vurğulayıb: "Namaza başlayacağam, amma vaxtı deyil. 60 yaşımda başlayacağam. İndi namaz qıl, axşam səhnəyə çıx, içki versinlər. Bu həyatda məni ən xoşbəxt edən nədir? Heç nə məni xoşbəxt etmir. Allahın rəhməti məni sevindirə bilər".

Milli.Az