Rusiya səfirliyində güclü partlayış - YENİLƏNİB

18 May 2010 11:24
Partlayışın təfərrüatları açıqlanıb. Məlum olub ki, terrorçunun hədəfi NATO qüvvələri olub. Artıq 20 nəfərin öldüyü, 20-nin yaralandığı məlumdur. Ölənlərin 8-i Amerika hərbçisi, 12-si isə dinc sakinlərdir.

----------------
10:54

Son məlumata görə, partlayışın səfirlikdə yox, səfirlik binasının yaxınlığında baş verdiyi müəyyənləşib. "İTAR-TASS" agentliyinin məlumatına görə, partlayış nəticəsində ən azı 3 nəfər həlak olub, 20-dən artıq yaralı var. Partlayışın kamikadze tərəfindən törədildiyi bildirilir. Ərazi mühasirəyə alınıb və bütün nəqliyyat növlərinin həmin istiqamətdə hərəkəti dayandırılıb.

---------------
09:59

Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və polis cəmləşib. Partlayışın gücü həddindən artıq böyük olub. Hələ ki əlavə məlumat yoxdur.

Milli.Az