Anası ilə birlikdə avtovağzalda olan gənc oğlan itkin düşüb

24 Avqust 2023 09:46

Bakıda 15 yaşlı oğlan itkin düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə avqustun 23-də Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb.

Belə ki, anası ilə birlikdə avtovağzalda olan 2008-ci il təvəllüdlü İbayev Hacıağa Nəsimi oğlu anidən qadının yanından ayrılaraq çıxıb gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az