Bayden ailəsi ilə pilates dərsinə qatıldı

24 Avqust 2023 08:08

ABŞ Prezidenti Co Bayden ailəsi ilə birlikdə pilates dərsinə qatılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Hazırda prezident tətildədir. O, tətilini Nevada ştatındakı Taxo gölündə keçirir. Bayden və ailəsi yerli ticarət mərkəzindəki fitnes studiyasında məşqlərə qatılır", - məlumatda qeyd olunub.

Milli.Az