Belqorod üzərində daha iki PUA vuruldu

24 Avqust 2023 08:01

Rusiyanın Belqorod vilayəti üzərində iki PUA aşkar edilərək məhv edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, təxminən yerli vaxtla saat 22:00 radələrində Ukraynaya məxsus təyyarə tipli iki PUA terror hücumuna cəhd edib. Məlumata görə, hər iki PUA havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Milli.Az