Daha bir ölkədə güclü zəlzələ oldu

23 Avqust 2023 19:20

Argentinanın Santyaqo-del-Estero əyalətində 5,8 maqnitudada zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 18 km şimal-qərbdə, zəlzələ ocağı isə 565 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az