Hamiləlikdən sonra qadın nə etməlidir?

11 May 2012 21:55
Hamiləlik zamanı orqanizmdə fəsadların olmadığı təqdirdə idmanla məşğul olmaq təhlükəsiz sayılsa da, belə xanımların əksəriyyəti fiziki fəallıqdan imtina edirlər.

Milli.Az WebMD-yə istinadən bildirir ki, ABŞ-dakı Kanzas Universitetinin nəzdindəki Tibb Məktəbinin professoru Melissa Heyqin tədqiqatının nəticələri belədir.

Eksperiment zamanı 90 qadın arasında anonim rəy sorğusu keçirilib. Maraqlıdır ki, qadınların əksəriyyəti hətta adi gəzintinin də bətndəki uşaq üçün zərərli olduğunu deyiblər. Halbuki, gündə 30 dəqiqəlik məşq gələcək anaların əksəriyyətinə xeyirdir. Travma, yıxılma riski olan məşqlərdən isə imtina etmək gərəkdir.

Hamiləlik zamanı fiziki baxımdan aktiv olan xanımlarda depressiya və izaıfi çəki riski minimuma enir.
Normal çəki isə doğuş zamanı qeysər kəsimi ehtimalını sıfıra endirir.

Milli.Az