Diasporla əlaqə kəsilib, İrəvan ciddi qüvvə itirib - Abramyan

23 Avqust 2023 22:48

Ermənistanın diasporla əlaqəsi kəsilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan deyib.

Onun sözlərinə görə, son illərdə diasporda parçalanma, müxtəlif fikirlərə malik müxtəlif qruplara bölünmə hiss olunur.

"Bu gün təkcə Rusiyada deyil, başqa ölkələrdə də diaspor yoxdur. Əlaqə kəsilib, Ermənistan ciddi qüvvə itirib. Ermənistan hakimiyyətinin diaspora qarşı siyasəti qənaətbəxş deyil", - Abramyan bildirib.

Milli.Az