Stüardessa mənəviyyatsız yazıya görə qovuldu

11 May 2012 17:38
Solovyova "Sukhoi SuperJet 100" sərnişin təyyarəsinin İndoneziyada qəzaya uğrayarq yerə düşməsi ilə bağlı Twitter mikrobloqinq servisindəki akkauntunda mənəviyyatsız məzmunlu post yazmışdı.

Milli.Az "İnterfaks"a istinadən bildirir ki, bu yazı sərnişin təyyarəsinin radarların ekranlarından itməsindən dərhal sonra peyda olmuşdu.

Solovoyova yazmışdı: "Bu supercet niyə düşdü ki?! Zibil maşınıdır. Əfsuslar olsun ki, "Aeroflot"da deyil, yoxsa bir belə təyyarənin sayı azalardı. Bəlkə də bütün təyyarələri kiməsə satardıq".

Stüardessanın bu yazısı həmkarlarını heyrətləndirib. Onlar Solovyovanı sərt tənqid edəndən sonra Twitter rəhbərliyi və "Aeroflota" müraciətlər ediblər.

Milli.Az