Füzulidə 12 yaşlı yeniyetmə yol qəzası törədərək ağır xəsarət alıb

23 Avqust 2023 09:39

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 2011-ci il təvəllüdlü Quluzadə Səid Səyyad oğlunun idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az