Moskvaya növbəti dron hücumu - VİDEO

23 Avqust 2023 08:36

Ukrayna 3 PUA ilə Moskvadakı obyektlərə hücum etməyə cəhd göstərib.

Milli.Az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum edən bütün PUA-lar məhv edilib. Onlardan biri Moskva şəhərində tikilməkdə olan bina ilə toqquşub, heç kim xəsarət almayıb.

Milli.Az