"Avroviziya"da ifa etdikləri gitaranı satışa çıxardılar - Foto

22 Avqust 2023 22:50

"Avroviziya" təmsilçilərimizdən olan Tural və Turan Bağmanov qardaşları müsabiqə zamanı səhnədə ifa etdikləri bass gitaranı satışa çıxarıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə onlar instaqram səhifəsində məlumat paylaşıblar.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya 2023"də təmsil edən "Tell me more" mahnısı ilə birinci yarımfinalda səhnəyə çıxan təmsilçilərimiz finala vəsiqə qazana bilməmişdi.

Milli.Az