Canlı efirdə qızı ilə bağlı şad xəbər aldı, kövrəldi - VİDEO

22 Avqust 2023 22:02

Tanınmış aparıcı Aytən Səfərovanın qızı Tekirdağ Namiq Kamal Universitetinin Psixologiya fakültəsinə qəbul olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə canlı efirdə öyrənib.

Belə ki, Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli aparıcıdan onun pərəstişkarı olan abituriyentin qəbul xəbərini səsləndirməsini xahiş edib edib.

Qəbul olan şəxsin öz qızı olduğunu öyrənən aparıcı göz yaşlarını saxlaya bilməyib, kövrəlib.

Milli.Az