Dünya şöhrətli müğənni VƏFAT ETDİ

22 Avqust 2023 19:40

Dünya şöhrətli italiyalı müğənni Toto Kutunyo vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ANSA informasiya agentliyi məlumat yayıb.

İtaliya estradasının ulduzu, müğənni-bəstəkar Toto Kutunyo 80 yaşında dünyasını dəyişib.

O, Milandakı San-Raffaelle klinikasında vəfat edib. Kutunyonun meneceri Danilo ANSA-ya bildirib ki, uzun sürən xəstəlikdən sonra müğənninin səhhətində son aylar daha da pisləşmə müşahidə olunub.

Milli.Az

Toto Kutunyo