Türkiyədə güclü zəlzələ oldu - FOTO

22 Avqust 2023 15:34

Türkiyənin Kayseri şəhərində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, maqnitudası 4,7 olan zəlzələ 7 km dərinlikdə baş verib.

Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Milli.Az