Rihannanın ikinci dəfə də oğlu olubmuş

22 Avqust 2023 15:38

Xəbər verdiyimiz kimi, avqustun əvvəlində barbadoslu müğənni Rihannanın ikinci övladı olduğu ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xarici mediada yer alan məlumatlara görə, avqustun 3-də ikinci övladını qucağına alan Rihannanın qızı yox, oğlu dünyaya gəlib. Belə ki, ifaçının qızı olması ilə bağlı iddialar öz təsdiqini tapmayıb.

Körpə Los-Ancelesdə doğulub. Onun adı dəqiqləşdirilməsə də, adının "R" hərfi ilə başladığı ortaya çıxıb.

Qeyd edək ki, müğənninin reper nişanlısı Eysap Rokidən ötən ilin mayında oğlu dünyaya gəlib.

Milli.Az