Buna səmimi olaraq çalışan yeganə ölkə Türkiyədir

22 Avqust 2023 17:09

Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səmimi səy göstərən yeganə ölkə Türkiyədir.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Qarşıdakı dövrdə biz taxıl dəhlizinin yenidən açılması və sülhə olan ümidlərin yaranması üçün səy göstərəcəyik. Çünki biz daha ədalətli dünyanın mümkün olduğuna inanırıq", - Ərdoğan bildirib.

Milli.Az