Ərdoğandan ehtimal olunan zəlzələ ilə bağlı açıqlama

22 Avqust 2023 07:47

Türkiyə hökuməti İstanbulun təxminən 1,5 milyona yaxın sakinini zəlzələyə davamlı evlərə köçürməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O qeyd edib ki, Türkiyənin zəlzələyə davamlı ölkəyə çevrilməsi istiqamətində aparılan işlər nəticəsində İstanbula və Mərmərə dənizi bölgəsinə xüsusi yer ayırılır.

"Vaxt itirmək olmaz", - R.T.Ərdoğan vətəndaşların zəlzələyə davamlı evlərə köçürülməsi ilə bağlı çıxışında vurğulayıb.

Xatırladaq ki, seysmoloqlar mütəmadi olaraq İstanbul ərazisində güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edirlər.

Milli.Az