Səidə ərə gedir

21 Avqust 2023 23:42

Müğənni Səidə Sultan ərə gedir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "shownews" səhifəsi məlumat yayıb. Bildirilib ki, toy sentyabrın 19-da Bakıda olacaq.

Müğənni artıq bir sıra tanınmış simanı toyuna dəvət edib.

Qeyd edək ki, uzun müddətdir sosial şəbəkələrdə paylaşımlar etməyən S.Sultan müsahibələrində heç vaxt ailə qurmaq istəmədiyini bildirirdi.

Milli.Az