AĞIR YOL QƏZASI: 8 nəfər öldü - VİDEO

21 Avqust 2023 23:06

Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vasili Qolubev teleqramda bildirib.

"Təxminən bir saat öncə Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması sonucunda dördü uşaq olmaqla 8 nəfər ölüb. Vilayət yol polisinin rəhbərləri olay yerinə gedib, İstintaq Komitəsinin istintaq qrupu fəaliyyət göstərir, hadisənin səbəbləri müəyyənləşdirilir", - vilayət başçısı diqqətə çatdırıb.

Milli.Az