Teleqramın işində problem yarandı

21 Avqust 2023 22:24

Teleqram sosial şəbəkəsinin işində problem yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə bütün dünyada resurslara çıxışla bağlı problemləri izləyən "Downdetector" xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, istifadəçilər axşam saatlarında messencerin işindən şikayət etməyə başlayıblar. Onların əksəriyyəti (57 faiz) proqramdan istifadə edərkən problemlərlə üzləşib.

Milli.Az