Azərbaycanlı məşhur meyxanaçılardan "Aşkın olayım" performansı - VİDEO

21 Avqust 2023 21:45

Məşhur meyxanaçılar Balaəli və Mehdi Masallı "Qalatasaray"ın Türkiyə Superliqasının 2023/2024 mövsümündəki ilk ev oyununu canlı izləyiblər.

Milli.Az xəbər verir ki, "cim-bom" fanatı olan söz sənətkarları 2-ci turda keçirilən "Trabzonspor"la oyunda sevimli komandalarını "Rams Park"da dəstəkləyiblər. Onlar "aşkın olayım" mahnısını tərəfdarlarla birlikdə oxuyublar. Görüş "Qalatasaray"ın 2:0 hesablı qələbəsiylə başa çatıb.

Milli.Az