Fransa Türkiyəyə yeni səfir təyin etdi

21 Avqust 2023 17:22

Fransa prezidenti Emmanuel Makronun Avropa və Türkiyə ilə əlaqələr üzrə müşaviri İzabel Dümont Fransanın Ankaradakı səfiri vəzifəsinə təyin edilib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, onun bu həftə etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Fransanın Ankaradakı səfiri vəzifəsini daha öncə Herve Maqro icra edib.

Milli.Az