İranlı millət vəkili türkləri təhqir etdi - VİDEO

21 Avqust 2023 22:00

İranın Sumee-Səra şəhərinin parlamentdəki nümayəndəsi Seyid Kazım Delxoş Əbatəri azərbaycanlıları təhqir edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Belə ki, o, insanlarla görüşü zamanı fars dilində telefonla danışarkən "Bunlar türklərdir, heç nə anlamırlar", - deyərək, həyasızcasına Azərbaycan türklərini aşağılayıb.

Milli.Az