Dəhşətli avtobus qəzası: 20 sərnişin yanaraq öldü

21 Avqust 2023 16:49

Pakistanın Pəncab əyalətinin Hafizabad əyalətində sərnişin avtobusu yanacaq çəlləkləri daşıyan pikap maşınına çırpılıb.

Milli.Az News24.az-a istinadən bildirir ki, toqquşmadan sonra alovun avtobusu bürüməsi nəticəsində 20 nəfər yanaraq ölüb, 15 nəfər yaralanıb. 

Üç nəfərin vəziyyətinin ağır olduğu deyilir.

Milli.Az