Şabranda ana və qızı bıçaqlanıb

21 Avqust 2023 12:02

Şabran rayonunda bıçaqlanma faktı baş verib.

Milli.Az bildirir ki, hadisə rayonun Mollakamallı kəndində qeydə alınıb. Kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb.

Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az