Moskvanın Vnukovo aeroportunda uçuşlara qadağa qoyulub

21 Avqust 2023 09:18

Moskvanın Vnukovo hava limanında uçuşlara bir müddətlik qadağa qoyulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bəzi reyslər başqa aeroportlara yönləndirilib.

Qadağanın hava limanından aslı olmayan səbəblərə görə tətbiq olunduğu deyilir.

"Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovoda təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub. Təhlükəsizlik məqsədilə saat 06:25-dən etibarən uçuşların bir hissəsi digər hava limanlarına yönləndirilib", - deyə hava limanından bildirilib.

Milli.Az