Almaniyanın Hessen federal torpağında yerləşən Offenbah şəhərində tullantıların emalı ilə məşğul olan şirkətin ərazisində güclü yanğın baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yerli administrasiyaya istinadən məlumat yayıb.
Məlumata görə, yanğın zamanı bir neçə partlayış baş verib. Artan tüstü yanğından çox uzaqda, o cümlədən yaxınlıqdakı Frankfurt-Mayndə müşahidə olunub.
Polis şəhər sakinlərinə evlərin pəncərə və qapılarını bağlamağı tövsiyə edib. Frankfurt-Maynın Offenbah hissəsində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Məlumdur ki, ərazisində yanğın baş verən şirkət, xüsusən də köhnə akkumulyatorların emalı ilə məşğul olub.
Milli.Az