Danimarka və İsveç səfirləri İran XİN-ə çağırıldı

20 Avqust 2023 23:52

İsveç və Danimarkanın Tehrandakı səfirləri Quranın yandırılması ilə bağlı silsilə aksiyalarla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, İran XİN rəhbəri səfirlərin hər biri ilə ayrıca görüş keçirib və Qurani-Kərimin təkrar yandırılması olaylarını kəskin tənqid edib.

Diplomat qeyd edib ki, bu hadisələrə görə Danimarka və İsveç tam məsuliyyət daşıyır.

Milli.Az