Bu ölkə də Ukraynaya F-16 qırıcıları verəcək

20 Avqust 2023 21:27

Danimarka 19 ədəd F-16 qırıcıcısının Ukraynaya təhvil verilməsi ilə bağlı məlumatı təsdiqləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

"Qırıcılar Ukrayna tərəfindən çoxdan tələb olunur və digər məsələlərlə yanaşı, bu, Ukraynaya öz hava məkanını Rusiyanın qeyri-qanuni təcavüzündən qorumaqda kömək etməlidir", - nazirlik bildirib.

Bildirilib ki, Danimarka digər ölkələrin də koalisiyaya qoşulması üçün çalışacaq və Ukraynanın azadlıq mübarizəsinə töhfə verəcək.

Qeyd edək ki, Niderland da Ukraynaya 42 ədəd F-16 verəcək.

Milli.Az