Əzizə atası Vaqif Mustafazadənin əşyalarını ÜZƏ ÇIXARDI - FOTO

20 Avqust 2023 19:20

Almaniyada yaşayan xalq artisti Əzizə Mustafazadə atası, caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin sağikən ayrılmaz əşyalarını üzə çıxarıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi mərhum valideyninin istifadə etdiyi fincan, nəlbəki və qaşığının fotosunu çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Əziz paylaşımına "Atamın fincanı" qısa şərhini yazıb.

Qeyd edək ki, V.Mustafazadə dekabrın 16-da Daşkənddə qastrol səfəri zamanı ürəktutmasından 39 yaşında dünyasını dəyişib. Dahi sənətkar Bakıda dəfn olunub.

Milli.Az