Kiyevdə partlayış: 4 nəfər öldü

20 Avqust 2023 20:14

Ötən gün Kiyev yaxınlığında Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayət polisinin nümayəndəsi İrina Pryanişnikova bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində həlak olanlar mərkəzin əməkdaşlarıdır.

Qeyd edək ki, avqustun 19-da səhər saatlarında Kiyev vilayətinin Buça rayonunun Petropavlovskaya Borşaqovka kəndində partlayış baş verib. Daha sonra yanğının Daxili İşlər Nazirliyinin Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verdiyi məlum olub.

Milli.Az