İlham Əliyev və Mehriban Əliyeva Macarıstana işgüzar səfərə gediblər - VİDEO - FOTO

20 Avqust 2023 12:09

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın ədliyyə naziri Bentze Tujon və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az