500 kiloqramlıq makaron satılır

11 May 2012 23:04
Milli.Az "Reuters"-a istinadən bildirir ki, 500 kq "penne" makaron qabını 999 lirəyə, yəni təxminən 560 dollara almaq olar.

Belə qutuların satışından əldə edilən pulların hamısı UNİCEF-in hesablarına köçürüləcək.
500 kq-lıq makaron qablarından nə qədər istehsal olunduğu bildirilmir.

Belə nəhəng "penne" qutusunu satışa çıxarmış "Migros" Ginnes Rekordlar Kitabına müraciət edib.

Türkiyədə hər il 450 min ton makaron məmulatı istehsal olunur.

Milli.Az