Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı

20 Avqust 2023 10:02

Rusiyanın paytaxtı Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə aviasiya xidmətləri məlumat yayıb.

"Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb", - deyə bildirib.

Qeyd olunub ki, təyyarələr Şeremetyev hava limanına yönləndirilib.

Milli.Az