Dünya Kuboku: Nicat Abasov ilk oyunda Karlsenə uduzdu

19 Avqust 2023 19:19

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

Milli.Az