Ordumuzun Kəlbəcər istiqamətində mövqeləri atəşə tutulub

19 Avqust 2023 19:08

Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Milli.Az