İlk dəfə Azərbaycanda manat avrodan baha olub
17 May 2010 23:42
Son 8 ildə ilk dəfə Azərbaycanda manat avrodan baha olub. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, avro 98 qəpiyə dəyişdirilir. Sonuncu dəfə belə məzənnə avro dövriyyəyə buraxılanda - 2002-ci ildə qeydə alınıb. İlin əvvəlindən avronun 15 faiz ucuzlaşması nəticəsində hər 100 avro dəyərini 17 manat itirib.
Bundan fərqli olaraq dolların məzənnəsi sabitdir və 80 qəpiyə dəyişdirilir.
Qiymətli metallar bazarında isə qızılın unsiyası 1231 dollar və ya qramı 39 dollar 70 sentədir. Son günlər dünya bazarında qızılın bahalaşması nəticəsində Azərbaycanda da qızıl-zinət əşyalarının qiyməti artıb.
/ANS TV/