ABŞ Dövlət Departamenti Avstraliyaya 22 "HIMARS" reaktiv yaylım atəşi sisteminin satışını təsdiqləyib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (Defense Security Cooperation Agency) məlumat yayıb.
Agentliyin məlumatına əsasən, Avstraliya ABŞ-dan 22 ədəd reaktiv yaylım atəşi sistemi ilə yanaşı müvafiq avadanlıq da alacaq və satışı nəzərdə tutulan cəmi silahların ümumi dəyəri 975 milyon dollar olacaq.
Milli.Az