Gəncədə 24 yaşlı qız 5-ci mərtəbədən yıxılaraq ölüb

19 Avqust 2023 13:31

Gəncədə bədbəxt hadisə baş verib.

Şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.

O, aldığı ağır bədən aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az