MİT Suriyanın şimalında əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib

19 Avqust 2023 13:11

Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı Haseke ərazisində yeni əməliyyat keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK terror təşkilatının "rəhbər şəxsi" Hicran İcuzu məhv edilib.

Onun "silahlı qadınlar və gənclər təşkilatı"nın "rəhbəri" olduğu qeyd olunub.

Milli.Az