Türkiyədə zəlzələnin yıxmadığı binalar partladıldı - VİDEO

19 Avqust 2023 08:00

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər görən 2 bina partlayıcıdan istifadə edilərək uçurulub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2 blokdan ibarət 12 mərtəbəli binaların sökülməsinə 160 kiloqram partlayıcıdan istifadə edilib.

Malatyada yerləşən binaların uçurulma anını izləyən bina sakinləri göz yaşlarına hakim ola bilməyiblər.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az