Tramp könüllü təslim olur?

19 Avqust 2023 08:08

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 24-də və ya 25-də Corciya ştatının Fulton dairəsinin həbsxanasına təslim olmağı planlaşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşına istinadən CNN məlumat yayıb.

O iddia edib ki, Tramp gələn həftənin sonunda - ya cümə axşamı, ya da cümə günü Fulton dairəsindəki həbsxanaya könüllü gedəcəyi gözlənilir.

Fulton dairəsinin prokuroru Feni Uillis daha əvvəl deyib ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib. Təqsirləndirilən şəxslərin həbsxanada fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri götürüləcək.

Milli.Az