Millimiz Avropa çempionatına qələbə ilə başladı

19 Avqust 2023 06:12

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.

Milli.Az xəbər verir ki, Azərbaycan voleybol millisi C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşıb.

Almaniyanın Düsseldorf şəhərində oynanılan qarşılaşma millimizin 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az